Dr. İlqar Məmmədov

Tibbi Yazılar

Səhər tutulması: yarım saat niyə bu qədər vacibdir?

4 dəq. oxunuş

Səhərlər oynağın tutulması çoxlarında olur. Vacib olan tutulmanın özü deyil, nə qədər davam etməsidir. Yarım saat bu sualda həlledici hədddir.

Səhər tutulması nədir?

Yuxudan duranda oynağın sərt, "kilidlənmiş" hiss olunması və hərəkətin çətinləşməsidir.

Oynaq bir neçə saat hərəkətsiz qaldıqda içindəki maye və yumşaq toxumalar dəyişir. Hərəkətə başlayanda bu vəziyyət tədricən açılır.

Açılmanın nə qədər vaxt aparması bizə səbəb haqqında məlumat verir.

Yarım saat qaydası

Yarım saatdan qısa tutulma daha çox oynaq aşınması — osteoartrit — ilə əlaqəli olur. Adətən bir neçə dəqiqədə açılır.

Yarım saatdan uzun, hər səhər təkrarlanan tutulma isə iltihabi xəstəlik baxımından qiymətləndirilməlidir.

Revmatoid artritdə tutulma çox vaxt bir saatdan artıq çəkir və əllərin işini ciddi çətinləşdirir.

Hansı əlavə əlamətlərə baxmaq lazımdır?

  • Eyni barmaqlar hər iki əldə şişibsə
  • Oynaq toxunanda ağrılı və isti olarsa
  • Şikayət həftələrlə davam edirsə
  • Yorğunluq, iştahsızlıq və ya yüngül hərarət varsa

Bu əlamətlərin bir neçəsi birlikdə olduqda müayinəni təxirə salmaq düzgün deyil. Erkən başlanan müalicə oynağı daha yaxşı qoruyur.

Qəbula nə ilə gəlmək lazımdır?

Səhər tutulmasının nə qədər çəkdiyini bir neçə gün qeyd edin. "Təxminən 10 dəqiqə" ilə "bir saatdan çox" arasındakı fərq həkim üçün çox şey deyir.

Əlinizdə olan analizləri və şəkilləri də özünüzlə gətirin.

Videoda izləyin

Konsultasiya üçün yazın

Son yenilənmə: 3 sentyabr 2026

Əlaqəli səhifələr

Revmatoid artrit — diaqnoz və müalicə

Əl və ayaq barmaqlarında simmetrik şişkinlik və səhər tutulması. Erkən müalicə oynağı qoruyur.

Osteoartrit (artroz) — diaqnoz və müalicə

Xalq arasında "duzlaşma" və ya "kirəcləşmə" deyilən oynaq aşınması. Ən çox diz, əl və bud-çanaq oynağını tutur.

Revmatoloji konsultasiya və diaqnostika

İlk müayinə: şikayətin dinlənilməsi, oynaqların müayinəsi, analiz və şəkillərin birlikdə qiymətləndirilməsi.

Ünvan

StarLab Klinikası

20 Yanvar küç. 88, 5-ci mikrorayon
Qızıltac şadlıq evi ilə üzbəüz
Bakı, Azərbaycan

Yol göstər

StarLab Klinikası

20 Yanvar küç. 88, 5-ci mikrorayon

Xəritə yalnız siz düyməyə basdıqdan sonra yüklənir. O vaxta qədər heç bir kənar xidmətə sorğu göndərilmir.

Konsultasiya üçün yazın